"Sülh körpüsü” təşəbbüsü çərçivəsində Ermənistanda keçirilən görüşlər nə vəd edir?- Açıqlandı
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Sülh körpüsü” təşəbbüsü çərçivəsində Ermənistana səfər edən Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri ilə görüş keçirib. Görüşdə sülh prosesi, regional kommunikasiyaların açılması və qarşılıqlı etimadın möhkəmləndirilməsi məsələləri müzakirə olunub.
Məsələ ilə bağlı Fəlsəfə üzrə fəlsəfə doktoru Məhəmməd Cəbrayılov Crossmedia.az-a açıqlama verib. O bildirib ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın “Sülh körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşü regionda müəyyən siqnal xarakterli addım kimi qiymətləndirilə bilər:

“Lakin bu görüşün real siyasi nəticə verib-verməyəcəyi, yoxsa daha çox simvolik mahiyyət daşıdığı məsələsinə gəldikdə, burada daha balanslı yanaşmaya ehtiyac var.İlk növbədə qeyd etmək lazımdır ki, vətəndaş cəmiyyəti platformaları dövlətlərarası rəsmi danışıqların alternativi deyil. Onlar daha çox bu prosesi tamamlayan və dəstəkləyən mühüm yumşaq diplomatiya alətidir. Tarixi təcrübəyə nəzər salsaq, buna bənzər təşəbbüslərin uğurlu nümunələrini görə bilərik. Məsələn, İkinci Dünya müharibəsindən sonra Fransa–Almaniya münasibətlərində akademik və mədəni təmaslar sonradan baş verən siyasi barışığın sosial bazasının formalaşmasına ciddi töhfə vermişdi. Eyni yanaşmanı Şimali İrlandiya prosesində də müşahidə etmək mümkündür: qeyri-rəsmi təmas kanalları uzun müddət sülh quruculuğu missiyasını dəstəkləmişdi. Bu kontekstdə “Sülh körpüsü” formatı birbaşa siyasi qərarların özü deyil, lakin həmin qərarların legitimliyini gücləndirən mexanizm kimi çıxış edə bilər. Çünki dövlətlərarası müqavilə imzalansa belə, əgər cəmiyyətlər psixoloji olaraq buna hazır deyilsə, həmin razılaşma davamlı olmur. Sülhün dayanıqlılığı üçün ictimai hazırlıq əsas şərtdir. Bu baxımdan vətəndaş cəmiyyəti nümayəndələri arasında qurulan əlaqələr gələcək siyasi qərarlar və sülh prosesinin irəliləməsi üçün mühüm kanallardır. Ona görə də bu görüşü yalnız simvolik addım kimi dəyərləndirmək düzgün olmaz. Eyni zamanda, onu həlledici siyasi dönüş nöqtəsi kimi təqdim etmək də doğru deyil. Daha real yanaşma bu təşəbbüsü mərhələli etimad quruculuğu addımı kimi qiymətləndirməkdir”.
Məhəmməd Cəbrayılov həmçinin bildirdi ki, regional kommunikasiyaların blokadadan çıxarılması məsələsinə gəldikdə isə, bu mövzunu yalnız siyasi çərçivədə dəyərləndirmək kifayət deyil: “Burada ciddi geoiqtisadi amillər mövcuddur. Azərbaycan üçün Naxçıvan istiqamətində maneəsiz əlaqənin təmin olunması strateji əhəmiyyət daşıyır. Ermənistan üçün isə regional tranzit imkanları və iqtisadi şaxələndirmə perspektivləri mühüm faktor hesab olunur. Eyni zamanda, Azərbaycanın da tranzit imkanlarının genişlənməsi iqtisadi baxımdan əhəmiyyətlidir.
Müqayisə üçün qeyd etmək olar ki, Türkiyə ilə Ermənistan sərhədinin uzun müddət bağlı qalması Ermənistan iqtisadiyyatının regional inteqrasiyasını məhdudlaşdırmışdı. Digər tərəfdən, Gürcüstanın tranzit ölkə kimi əldə etdiyi üstünlüklər göstərir ki, kommunikasiya xətləri açıq olan ölkələr daha çox iqtisadi dividendlər qazanırlar. Ermənistan da artıq anlayır ki, regional təcriddən çıxmaq üçün kommunikasiya və iqtisadi proseslərin sürətlənməsi vacibdir.
Bununla belə, siyasi risklər hələ də üstünlük təşkil edir. Birincisi, təhlükəsizlik məsələləri və qarşılıqlı etimad səviyyəsi tam bərpa olunmayıb. Bu istiqamətdə hələ görüləsi işlər var və proses ilkin mərhələdədir. İkincisi, hər iki ölkədə daxili siyasi mühit həssasdır və istənilən addım radikal qruplar tərəfindən daxili təzyiq alətinə çevrilə bilər. Üçüncüsü, regionda Rusiya, İran və Qərb aktorlarının maraqları bu prosesə təsirsiz ötüşmür.
Tarixi paralellər göstərir ki, iqtisadi rasionalizm uzunmüddətli perspektivdə siyasi emosiyalardan daha davamlı faktordur. Avropa İttifaqının formalaşması da ilkin mərhələdə sırf iqtisadi əməkdaşlıq Polad və Kömür Birliyi üzərindən başlamışdı. İqtisadi qarşılıqlı asılılıq təhlükəsizlik arxitekturasının möhkəmlənməsinə zəmin yarada bilər”.
Ekspert sonda bildirdi ki, bu baxımdan, sözügedən görüş təkbaşına ciddi siyasi nəticə yaratmayacaq: “Lakin onu etimad mühitinin formalaşmasına yönəlmiş mərhələli addım kimi qiymətləndirmək daha düzgündür. Kommunikasiya və iqtisadi açılış prosesi siyasi iradədən, təhlükəsizlik zəmanətlərindən və beynəlxalq balansın qorunmasından asılıdır. Hazırkı mərhələdə bu təşəbbüslər növbəti siyasi qərarlar üçün sosial və psixoloji zəmin formalaşdıran dəstək mexanizmi rolunu oynayır.
Otuz ildən artıq davam edən münaqişədən sonra toplumlar arasında etimad mühitinin yaradılması əsas prioritetdir. Bu cür platformalar gələcək mümkün müqavilələrin sosial dayaqlarının formalaşması baxımından vacibdir. Kommunikasiya və iqtisadi açılış prosesinə yalnız nəqliyyat xətləri prizmasından deyil, ilk növbədə insanlararası əlaqələrin bərpası kontekstində yanaşmaq lazımdır.
Artıq müəyyən ilkin addımlar atılıb. Azərbaycan tərəfindən humanitar və iqtisadi jestlər edilib ki, bu da gələcək mərhələlər üçün baza rolunu oynaya bilər. Nəticə etibarilə, bu görüşləri nə şişirdilmiş optimizmlə, nə də tam simvolik jest kimi qiymətləndirmək doğrudur. Onlar sülh prosesinin uzunmüddətli və mərhələli arxitekturasında mühüm, lakin tamamlayıcı elementlərdir”.
Bu barədə Crosamedia.az-a danışan Fəlsəfə üzrə fəlsəfə doktoru Məhəmməd Cəbrayılov bildirib ki, Qriqoryanın “Sülh körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşü regionda müəyyən siqnal xarakterli addım kimi qiymətləndirilə bilər: “Lakin bu görüşün real siyasi nəticə verib-verməyəcəyi, yoxsa daha çox simvolik mahiyyət daşıdığı məsələsinə gəldikdə, burada daha balanslı yanaşmaya ehtiyac var. İlk növbədə qeyd etmək lazımdır ki, vətəndaş cəmiyyəti platformaları dövlətlərarası rəsmi danışıqların alternativi deyil. Onlar daha çox bu prosesi tamamlayan və dəstəkləyən mühüm yumşaq diplomatiya alətidir. Tarixi təcrübəyə nəzər salsaq, buna bənzər təşəbbüslərin uğurlu nümunələrini görə bilərik. Məsələn, İkinci Dünya müharibəsindən sonra Fransa–Almaniya münasibətlərində akademik və mədəni təmaslar sonradan baş verən siyasi barışığın sosial bazasının formalaşmasına ciddi töhfə vermişdi. Eyni yanaşmanı Şimali İrlandiya prosesində də müşahidə etmək mümkündür: qeyri-rəsmi təmas kanalları uzun müddət sülh quruculuğu missiyasını dəstəkləmişdi.
Bu kontekstdə “Sülh körpüsü” formatı birbaşa siyasi qərarların özü deyil, lakin həmin qərarların legitimliyini gücləndirən mexanizm kimi çıxış edə bilər. Çünki dövlətlərarası müqavilə imzalansa belə, əgər cəmiyyətlər psixoloji olaraq buna hazır deyilsə, həmin razılaşma davamlı olmur. Sülhün dayanıqlılığı üçün ictimai hazırlıq əsas şərtdir. Bu baxımdan vətəndaş cəmiyyəti nümayəndələri arasında qurulan əlaqələr gələcək siyasi qərarlar və sülh prosesinin irəliləməsi üçün mühüm kanallardır. Ona görə də bu görüşü yalnız simvolik addım kimi dəyərləndirmək düzgün olmaz. Eyni zamanda, onu həlledici siyasi dönüş nöqtəsi kimi təqdim etmək də doğru deyil. Daha real yanaşma bu təşəbbüsü mərhələli etimad quruculuğu addımı kimi qiymətləndirməkdir”.
M.Cəbrayılov həmçinin bildirib ki, regional kommunikasiyaların blokadadan çıxarılması məsələsinə gəldikdə isə, bu mövzunu yalnız siyasi çərçivədə dəyərləndirmək kifayət deyil: “Burada ciddi geoiqtisadi amillər mövcuddur. Azərbaycan üçün Naxçıvan istiqamətində maneəsiz əlaqənin təmin olunması strateji əhəmiyyət daşıyır. Ermənistan üçün isə regional tranzit imkanları və iqtisadi şaxələndirmə perspektivləri mühüm faktor hesab olunur. Eyni zamanda, Azərbaycanın da tranzit imkanlarının genişlənməsi iqtisadi baxımdan əhəmiyyətlidir.
Müqayisə üçün qeyd etmək olar ki, Türkiyə ilə Ermənistan sərhədinin uzun müddət bağlı qalması Ermənistan iqtisadiyyatının regional inteqrasiyasını məhdudlaşdırmışdı. Digər tərəfdən, Gürcüstanın tranzit ölkə kimi əldə etdiyi üstünlüklər göstərir ki, kommunikasiya xətləri açıq olan ölkələr daha çox iqtisadi dividendlər qazanırlar. Ermənistan da artıq anlayır ki, regional təcriddən çıxmaq üçün kommunikasiya və iqtisadi proseslərin sürətlənməsi vacibdir".
Onun fikrincə, bununla belə, siyasi risklər hələ də üstünlük təşkil edir: "Birincisi, təhlükəsizlik məsələləri və qarşılıqlı etimad səviyyəsi tam bərpa olunmayıb. Bu istiqamətdə hələ görüləsi işlər var və proses ilkin mərhələdədir. İkincisi, hər iki ölkədə daxili siyasi mühit həssasdır və istənilən addım radikal qruplar tərəfindən daxili təzyiq alətinə çevrilə bilər. Üçüncüsü, regionda Rusiya, İran və Qərb aktorlarının maraqları bu prosesə təsirsiz ötüşmür.
Tarixi paralellər göstərir ki, iqtisadi rasionalizm uzunmüddətli perspektivdə siyasi emosiyalardan daha davamlı faktordur. Avropa İttifaqının formalaşması da ilkin mərhələdə sırf iqtisadi əməkdaşlıq Polad və Kömür Birliyi üzərindən başlamışdı. İqtisadi qarşılıqlı asılılıq təhlükəsizlik arxitekturasının möhkəmlənməsinə zəmin yarada bilər”.
Ekspert sonda bildirib ki, bu baxımdan, sözügedən görüş təkbaşına ciddi siyasi nəticə yaratmayacaq: “Lakin onu etimad mühitinin formalaşmasına yönəlmiş mərhələli addım kimi qiymətləndirmək daha düzgündür. Kommunikasiya və iqtisadi açılış prosesi siyasi iradədən, təhlükəsizlik zəmanətlərindən və beynəlxalq balansın qorunmasından asılıdır. Hazırkı mərhələdə bu təşəbbüslər növbəti siyasi qərarlar üçün sosial və psixoloji zəmin formalaşdıran dəstək mexanizmi rolunu oynayır.
Otuz ildən artıq davam edən münaqişədən sonra toplumlar arasında etimad mühitinin yaradılması əsas prioritetdir. Bu cür platformalar gələcək mümkün müqavilələrin sosial dayaqlarının formalaşması baxımından vacibdir. Kommunikasiya və iqtisadi açılış prosesinə yalnız nəqliyyat xətləri prizmasından deyil, ilk növbədə insanlararası əlaqələrin bərpası kontekstində yanaşmaq lazımdır.
Artıq müəyyən ilkin addımlar atılıb. Azərbaycan tərəfindən humanitar və iqtisadi jestlər edilib ki, bu da gələcək mərhələlər üçün baza rolunu oynaya bilər. Nəticə etibarilə, bu görüşləri nə şişirdilmiş optimizmlə, nə də tam simvolik jest kimi qiymətləndirmək doğrudur. Onlar sülh prosesinin uzunmüddətli və mərhələli arxitekturasında mühüm, lakin tamamlayıcı elementlərdir”.
Həmayıl Şükürlü
09:14 19.02.2026
Oxunuş sayı: 557