Livanın cənubunda gərginlik: İsrail artilleriyası intensiv zərbələr endirdi
İsrail ordusunun artilleriya bölmələri Livanın cənubunda yerləşən Ən-Nəbatiyyə şəhərinə intensiv atəş zərbələri endirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, hücumlar şəhərin müxtəlif istiqamətlərini hədəf alıb. Hadisənin nəticələri və mümkün itkilərlə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.
Bölgədə gərginliyin davam etdiyi, İsrail-Livan sərhədində qarşılıqlı hərbi fəaliyyətlərin intensivləşdiyi bildirilir.
Hadisə ilə bağlı tərəflərdən əlavə açıqlamaların veriləcəyi gözlənilir.
18:32 11.06.2026
Oxunuş sayı: 53