ABŞ-İran danışıqlarında gərginlik artır
ABŞ Prezidenti Donald Trampın İranla bağlı razılaşma mətnini əvvəlcədən nəzərdən keçirdiyi, lakin sonradan hərbi addımların atılması qərarının danışıqlar prosesini pozduğu iddia olunur.
Crossmedia.az xəbər verir ki, bu barədə "NBC News" məlumat verib.
Mənbənin bildirdiyinə görə, Trampın əlində razılaşma mətni olduğu halda, İrana qarşı hücumların başlanması müzakirələrin davamını çətinləşdirib və diplomatik prosesə ciddi zərbə vurub.
Həmçinin qeyd edilir ki, ABŞ İran tərəfinin baş danışıqlarçısı, parlament sədri Məhəmməd Baqır Qalibaf vasitəsilə yenilənmiş təklif təqdim etməyi planlaşdırırdı. Lakin bu planın əvəzinə hərbi əməliyyatların həyata keçirildiyi iddia olunur.
Mənbə bu vəziyyətin diplomatik səyləri zəiflətdiyini və mümkün razılaşma ehtimalını daha da mürəkkəbləşdirdiyini bildirib.
22:06 11.06.2026
Oxunuş sayı: 50