Beyləqanda minik avtomobilləri toqquşub - yaralılar var
Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində minik avtomobilləri toqquşub.
Crossmedia.az xəbər verir ki, hadisə saat 19:00 radələrində qeydə alınıb.
"Toyota" və "Renault" markalı minik avtomobillərinin toqquşması nəticəsində üç nəfər xəsarət alıb.
Yaralılar Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.(Report)
21:41 11.06.2026
Oxunuş sayı: 57