Stolüstü tennis üzrə Liqa turniri başa çatıb
Stolüstü tennis üzrə Liqa turniri başa çatıb.
Crossmedia.az xəbər verir ki, Azərbaycan Stolüstü Tennis Federasiyasının Veteranlar Şurasının dəstəyi ilə keçirilən "Həvəskar və veteran Liqası"nın V - yubiley turnirinə yekun vurulub.
Həlledici qarşılaşmalarda "VITTA-Supernova"nı 5:1 hesabı ilə məğlub edən "Xəzər-Şüa" komandası baş mükafata layiq görülüb. "Zəfər" komandası isə "Aquasport" üzərində 5:2 hesablı qələbə ilə bürünc medallara sahib çıxıb.
Fərqlənən iştirakçılar yarış təşkilatçıları tərəfindən mükafatlandırılıblar.
20:50 11.06.2026
Oxunuş sayı: 41