Tramp son anda İrana zərbələri dayandırdı: Razılaşma əldə olundu
ABŞ Prezidenti Donald Tramp İrana qarşı bu axşam üçün planlaşdırılan hərbi zərbələrin və bombardmanların ləğv edildiyini bəyan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici mənbə yazıb.
Tramp bildirib ki, İranla aparılan müzakirələr ölkənin ali rəhbərliyinə çatdırılıb və təsdiqlənib. Onun sözlərinə görə, əldə olunan razılaşmanın ümumi konsepsiyası və bütün detalları müzakirə prosesində iştirak edən tərəflər tərəfindən qəbul olunub.
ABŞ prezidentinin açıqlamasına əsasən, razılaşma ABŞ, İsrail, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Türkiyə, Pakistan, Bəhreyn, Küveyt, İordaniya, Misir və digər ölkələrin dəstəyi ilə formalaşıb.
Tramp qeyd edib ki, razılaşma tam yekunlaşana qədər dəniz blokadası qüvvədə qalacaq. Sənədin imzalanacağı vaxt və məkanın yaxın günlərdə açıqlanacağı gözlənilir.
Fatimə Məmmədova
22:25 11.06.2026
Oxunuş sayı: 74