İtaliya Moskvaya qapıları tam bağlamır: Sanksiyalar yumşaldıla bilər
İtaliya parlamentində qəbul edilən qətnamədə Ukrayna münaqişəsi başa çatdıqdan sonra Rusiyaya qarşı tətbiq olunan sanksiyaların mərhələli şəkildə yumşaldılması və ya ləğvi imkanına yer verilib.
Crossmedia.az TASS-a istinadən bildirir ki, səsvermədən əvvəl çıxış edən İtaliyanın Baş naziri Georgi Meloni Moskva ilə dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, münaqişənin həlli üçün diplomatik təmasların qorunub saxlanılması əhəmiyyət daşıyır.
22:32 11.06.2026
Oxunuş sayı: 47