Rusiya Ermənistandan bütün karantin məhsullarının idxalını məhdudlaşdırır
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) iyunun 12-dən etibarən Ermənistandan gətirilən bütün karantin nəzarətinə aid məhsulların idxalına məhdudiyyət tətbiq olunduğunu açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qurumun məlumatına görə, məhdudiyyətlər yalnız Rusiyaya idxalı deyil, həm də həmin məhsulların Rusiya ərazisindən keçməklə digər Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə tranzitini əhatə edəcək.
Son həftələrdə Rusiya Ermənistan mənşəli meyvə-tərəvəz, balıq və digər kənd təsərrüfatı məhsullarına qarşı bir sıra məhdudiyyətlər tətbiq edib. Moskva bu addımları fitosanitar təhlükəsizlik tələbləri ilə izah edir.
Qərarın Ermənistanın Rusiyaya kənd təsərrüfatı məhsulları ixracına və Aİİ bazarlarına çıxışına təsir göstərəcəyi gözlənilir.
18:48 11.06.2026
Oxunuş sayı: 58