ABŞ neft ixracında dünya lideri oldu
ABŞ tarixdə ilk dəfə olaraq Rusiya və Səudiyyə Ərəbistanını geridə qoyaraq dünyanın ən böyük neft ixracatçısına çevrilib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Reuters" nəşri məlumat yayıb.
Qeyd olunur ki, ABŞ artıq üçüncü aydır ardıcıl şəkildə birinci yeri qoruyur. May ayında ölkənin neft ixracı gündə 10,5 milyon barelə çatıb.
Müqayisə üçün bildirilir ki, Rusiya gündə təxminən 7 milyon barel, Səudiyyə Ərəbistanı isə 5,9 milyon barel neft ixrac edib.
Nəşrin yazdığına görə, bu nəticəyə bir neçə amil təsir edib: ABŞ-də neft hasilatının artması, Rusiyanın ixracına tətbiq olunan sanksiyalar və Ukraynanın pilotsuz uçuş aparatlarının təsirləri, eləcə də Yaxın Şərqdən tədarüklərin azalması.
18:25 11.06.2026
Oxunuş sayı: 55