Rusiyalıların Avropaya səfərləri məhdudlaşdırıla bilər
Almaniyanın Xristian Demokrat İttifaqı / Xristian Sosial İttifaqı (CDU/CSU) fraksiyası Avropa Parlamentində Rusiya vətəndaşlarına Şengen vizalarının verilməsinin qadağan olunmasını təklif edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, eyni zamanda Kipr hökuməti Rusiyadakı viza mərkəzləri vasitəsilə müraciətlərin qəbulunu dayandırdığını açıqlayıb.
Məlumata görə, təşəbbüslər Rusiyalıların Avropaya səfər imkanlarının daha da məhdudlaşdırılmasına yönəlib.
18:56 11.06.2026
Oxunuş sayı: 50