Tramp: İrana 250 milyon dollarlıq bombalar atdıq
ABŞ prezidenti Donald Tramp İrana qarşı son hərbi əməliyyatlarla bağlı açıqlama verib.
Crossmedia.az xəbər verir ki, Tramp “Fox News” telekanalına müsahibəsində İranla danışıqların davam etdiyini və Tehranın razılaşma əldə etməyə çalışdığını bildirib.
“Onlar bizimlə razılaşma bağlamaq üçün danışıqlar aparırlar. Onlar bunu çox istəyir”, – deyə ABŞ prezidenti qeyd edib.
Tramp, həmçinin son hücumlar zamanı İrana qarşı ümumi dəyəri 250 milyon dollar olan hərbi sursatdan istifadə edildiyini bildirib. “Dünən gecə onlara ümumilikdə 250 milyon dollarlıq bombalar atdıq”, – deyə o vurğulayıb.
18:34 11.06.2026
Oxunuş sayı: 56