Putin ailəsi təhlükəsizlik səbəbi ilə Valdaya köçürülüb
Rusiya Prezidenti Vladimir Putin mümkün sui-qəsd cəhdləri və Ukrayna pilotsuz uçuş aparatlarının hücumları ilə bağlı narahatlıqlar fonunda ailəsini xüsusi mühafizə olunan rezidensiyaya köçürüb.
Crossmedia.az xəbər verir ki, Britaniyanın Daily Express nəşri yazır.
Məlumata görə, prezidentin qızları — Mariya Vorontsova və Yekaterina Tixonova, eləcə də nəvələri Moskvadan təxminən 400 kilometr uzaqda yerləşən Valday kompleksinə aparılıb.
Nəşr iddia edir ki, həmin ərazidə hazırda Aline Kabaeva və Putinin iki övladı da yaşayır.
Jurnalistlərin məlumatına görə, rezidensiya iki göl arasında yerləşən yarımadada, meşəlik ərazidədir və son illərdə ciddi şəkildə gücləndirilib. Kompleksdə 27 hava hücumundan müdafiə qülləsinin iki müdafiə halqası şəklində yerləşdirildiyi, həmçinin yeraltı bunker olduğu bildirilir.
Qeyd olunur ki, bu məlumatlar müstəqil şəkildə təsdiqlənməyib.
18:25 11.06.2026
Oxunuş sayı: 52