Şər haradan başlayır və insan harada susmamalıdır? - Professorla MÜSAHİBƏ
Müasir dünyada insanın özünü, həyatın mənasını və inancla bağlı sualları anlamağa çalışması təkcə dini deyil, həm də psixoloji və fəlsəfi axtarışdır. Sürətli dəyişikliklər, dəyərlərin toqquşması, artan narahatlıq və mənəvi boşluq fonunda bu suallar daha kəskin səslənir: insan niyə yaradılıb, onun azadlığı nə üçündür, yaxşılıq və şər arasında seçim hansı məntiqə söykənir?
Professor, NLP (neyrolinqvistik proqramlaşdırma) və karmologiya üzrə ustad, uzun illər praktik psixoloq Namiq Qüdrətovun müəllifi olduğu “Allah insanı niyə yaradıb: Tanrının məntiqi” adlı kitab da məhz bu suallar üzərində düşünmək cəhdidir. Müəllif burada oxucuya hazır cavablar təqdim etmir, əksinə, insanın iman ehtiyacı, azad iradəsi, məsuliyyəti və daxili mübarizəsi haqqında dialoqa dəvət edir. Kitabda din anlayışı sadəcə qaydalar toplusu kimi deyil, insanın hansı dəyərlərə xidmət etdiyini üzə çıxaran bir seçim mexanizmi kimi şərh olunur. Əsərdə ilahi məntiq mövzusu qədim teoloji suallar fonunda araşdırılır: insanın seçim azadlığı niyə var, şər niyə mövcuddur, həyat bir sınaqdırmı və bu sınaqda insanın rolu nədir? Bu sualların qəti cavablarından çox, onların doğurduğu düşüncə prosesinə diqqət çəkilir. Müəllif yanaşması psixoloji təhlil ilə dini-fəlsəfi baxışları bir araya gətirməyə çalışır.

Kitabın mühüm istiqamətlərindən biri də insanın gündəlik həyatını mənəvi baxımdan dərk etməsinə yönəlmiş prinsiplərdir. Burada insanın davranışlarının nəticələri, daxili intizamı və məsuliyyət hissi xüsusi vurğulanır. Həyatın müxtəlif sahələrinə aid qanunlar müzakirə olunur, lakin onlar nəzəri mülahizələr kimi yox, düşünməyə və özünü sorğulamağa səbəb olan çərçivə kimi təqdim edilir.
Bu kontekst müsahibədə professorun insan psixologiyası, iman ehtiyacı, azad iradə və müasir insanın daxili ziddiyyətləri ilə bağlı fikirlərini daha dərindən anlamağa imkan verir.
Crossmedia.az-a müsahibəsində professor Namiq Qüdrətov bu kontekstdə suallarımızı cavablandırıb:
-Yaxşılıq passiv qalanda, şər qalib gəlirmi? İnsan harada müdaxilə etməlidir?
-Bəli, yaxşılığın səssiz qalması şərin ən böyük qidasıdır; çünki şər gücünü öz qüvvəsindən çox, xeyirxah insanların laqeydliyindən alır. Məhəmməd Peyğəmbər (s) buyurmuşdur: "Sizdən biriniz bir pislik görəndə onu əli ilə, bacarmırsa dili ilə düzəltsin, bunu da bacarmırsa, qəlbində ona nifrət etsin ki, bu da imanın ən zəifidir." Bu hədis bizə göstərir ki, insan mənəviyyatını qorumaq üçün mütləq bir mövqe tutmslıdır. Edmund Börk də qeyd etdiyi kimi, "Şərin zəfər çalması üçün yeganə şərt, yaxşı insanların heç nə etməməsidir" .
-İman insanın içindəki ən yaxşı keyfiyyətləri necə oyada bilər və hansı hallarda onu məhvə apara bilər?
-İman, insanın daxili aləmində bir mənəvi kompas rolunu oynayaraq, onda fədakarlıq, dürüstlük və mərhəmət kimi ən ali keyfiyyətləri canlandırır. Məhəmməd Peyğəmbər (s) buyurmuşdur: "İman yetmişə qədər şaxədən ibarətdir; onun ən üstünü "Lailahaillallah" demək, ən aşağısı isə yoldan əziyyət verən bir şeyi (daşı)kənarlaşdırmaqdır". Bu, imanın sadəcə söz deyil, həm də ətrafındakılara fayda vermək enerjisi olduğunu göstərir. Lakin iman kor-koranə təəssübkeşliyə və ya özünü digərlərindən üstün görmə təkəbbürünə çevrildikdə, insanı mənəvi məhvə apara bilər.
Bu aspekdə iman ilə ağılın rabıtəsi haqqında maraqlı bir fikr söyləmək istərdim. İmam Qəzəli deyib ki “Ağıl bir çıraqdır, lakin yolu tam görmək üçün vəhyin (imanın) günəşinə ehtiyac duyur. Ağılsız iman xurafatdır, imansız ağıl isə zəlalətdir”.
-İnsan iman vasitəsilə həqiqətən xoşbəxt ola bilər, yoxsa iman bəzən həyat eşqini boğa bilər? Siz hansı nəticəyə gəldiniz?
-Məhəmməd Peyğəmbər (s) buyurmuşdur: "Möminin (imanlı şəxsin) işi təəccüblüdür; onun hər işi xeyirdir. Sevincli anında şükür edər, bu onun üçün xeyir olar; çətinliyə düşəndə səbir edər, bu da onun üçün xeyir olar". Bu hədisi xırdalasaq deyə bilərik ki, imanı həyat eşqini boğan bir yük deyil, əksinə, hər bir vəziyyətdə insanı yaşadan bir stimul kimi görünür. Lakin iman sadəcə qadağalar və qorxu toplusu kimi qəbul edildikdə, o, insanın təbii həyat eşqini boğa bilər.
Allah insanları Özünəbənzər yaratmış və onlara xeyir-dua verib demişdir: “Doğub-törəyin, çoxalın, artın, Yer üzünü doldurun, ona yiyələnin, dənizdəki balıqların, göydə uçan quşların, yer üzündə hərəkətdə olan bütün canlıların üzərində hakim olun”! Təəsüf olsun ki, insan bu etimadı doğrultmadı. İllər boyu gedən müharibələr bariz nümunədir.

-Din və mənəvi inkişaf arasında balans necə qurulmalıdır? Bu barədə oxucuya nə məsləhət görürsünüz?
-Məhəmməd Peyğəmbər (s) buyurmuşdur: "Allah sizin xarici görünüşünüzə və mallarınıza deyil, qəlblərinizə və əməllərinizə baxar". Bu hədis bizə göstərir ki, əsl inkişaf ritualdan daha çox, qəlbin saflaşması və xarakterin gözəlləşməsidir. Lev Tolstoyun dediyi kimi, "Hər kəs dünyanı dəyişmək istəyir, lakin heç kim özünü dəyişmək barədə düşünmür"; mənəvi inkişaf da məhz insanın öz daxili dünyasındakı qüsurları aradan qaldırmaqla başlamalıdır. Bilirsiniz insan 3 MƏN dən ibarətdir. Birinci MƏN insanlar məni necə tanıdıqları ilə bağlıdır. İkinci MƏN özüm özümü necə tanıyiram. Ücüncü MƏN həqiqətən mən necəyəm . Əgər bu üç MƏN bir-birindən fərqlənmirsə o kamildir. Belə bir şəxs Məhəmməd Peygəmbər idi. Bu kitabın sonunda söz şəklində oxucularf belə tövsiyyə etmişik . İslam alimi Həsən əl-Bəsridən Hüseyn ibn Əlinin şəhid olması haqqında nə düşündüyünü sormuşdular. Alim düşünərək belə demişdi: "Əgər onun ölümündə bir damla belə mənim günahım olsaydı və mənə Cənnət ilə Cəhənnəm arasında seçim təklif olunsaydı, Peyğəmbərin qınayan baxışlarından qorxaraq Cəhənnəmi seçərdim". Bu baxış, bizim vicdanımızın simvoludur və bizi məsuliyyətə çağıran arxetipdir. Ləyaqətli həyat yaşamaq ücün belə bir arxetipin olması vacıbdir. Müsəlmanlar üçün bu, Məhəmməd peygəmbər (s), xristianlar üçün İsa və ya Məryəm Ana, yəhudilər üçün isə əhdin təməlini qoyan İbrahim peygəmbər ola bilər. Şərq müdrikliyinə əməl edənlər üçün bu, harmoniyanı təbliğ edən Konfutsiy və ya ruhun maariflənmə yolunu göstərən Budda ola bilər. Sizin arxetipinizin kim olmasından asılı olmayaraq, onun baxışı Sizi elə bir ömür sürməyə vadar etməlidir ki, Allahın yer üzündə xəlifəsi olmağa layiq olasınız.
-Kitabın adı – “Allah İnsanı Niyə yaradıb: Tanrının məntiqi” – olduqca iddialıdır. Bu adı seçərkən hansı mesajı oxucuya çatdırmaq istədiniz?
-Mesaj odur ki həm Bibliya həm də Quiran deyir ki Allah Təalə bu dünyanı sinaq, imtahan dövrü kimi təsvir edir. Bu imtahanda biz Seytanla qarşı qarşıya dayanmışıq. İnsan faili muxtardır, yəni seşim hüququ var. Bu kitabda biz Şeytanın hansı qapılardn girə biləcəyini, onun hiyləsindən necə qurtarmaq olduğunu gösərmışik. Əgər kitabın birinci hissəsi problemin nəzəri hissəsini izah edirsə, ikinci hissə həyatda rast gəldiyımiz 18 qanunnu iman, əql baxımından necə davranmaq lazım olduğunu göstərmişik . Hər qanunudan sonra 7 qouç sualı bizim həyata yeni baxışımızı təşkil edə bilər.
Fatimə Məmmədova
11:02 31.01.2026
Oxunuş sayı: 526