İran və ABŞ arasında istənilən razılaşma müvəqqəti atəşkəs olacaq
Tehran və Vaşinqton arasında əldə oluna biləcək hər hansı razılaşma tərəflər arasındakı əsas ziddiyyətləri aradan qaldırmayacaq və yalnız qarşıdurmanın hazırkı mərhələsini müvəqqəti dayandıracaq.
Crossmedia.az xəbər verir ki, bu barədə İranın “Khorasan” qəzeti yazıb.
Mənbələrin bildirdiyinə görə, hazırda müzakirə olunan mümkün anlaşma hərtərəfli siyasi həll kimi deyil, gərginliyin azaldılması və birbaşa toqquşmanın qarşısının alınması məqsədi daşıyan keçid mexanizmi kimi qiymətləndirilir.
Təhlildə vurğulanır ki, danışıqlar prosesinin nəticəsi ABŞ və İran arasındakı münasibətlərin ümumi istiqamətini ciddi şəkildə dəyişdirməyəcək. Bu səbəbdən mümkün razılaşmanın uzunmüddətli sülh deyil, yalnız müvəqqəti fasilə yaradacağı qeyd olunur.
Məqalədə, həmçinin bildirilir ki, İran ilə ABŞ, xüsusilə də İran ilə İsrail arasında mövcud olan ziddiyyətlər artıq strateji və mövcudluq xarakteri daşıyır.
17:22 13.06.2026
Oxunuş sayı: 66