Ermənistan Livana 80 ton humanitar yardım göndərib
Ermənistan hökuməti Türkiyə tərəfi ilə aparılan danışıqlar nəticəsində Livana humanitar yardım göndərilməsi barədə razılıq əldə edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Ermənistanın Baş nazir Aparatı və Xarici İşlər Nazirliyinin məlumatına görə, yardım yüklərini daşıyan dörd yük maşını Ermənistan-Türkiyə sərhədində yerləşən Marqara sərhəd-keçid məntəqəsindən keçərək Türkiyə ərazisi vasitəsilə Livana yola düşüb.
Göndərilən humanitar yardımın ümumi həcmi 80 ton təşkil edir. Yardımın 38 tonu dərman vasitələri və gigiyena məhsullarından, 42 tonu isə konservləşdirilmiş və tez xarab olan ərzaq məhsullarından ibarətdir.
Bildirilib ki, dərman və tibbi ləvazimatların toplanması işlərini Ermənistanın Səhiyyə Nazirliyi, ərzaq məhsullarının hazırlanmasını isə İqtisadiyyat Nazirliyi koordinasiya edib.
14:02 13.06.2026
Oxunuş sayı: 95