Krım və Xersonu birləşdirən Çonqar körpüsü hücumdan sonra sıradan çıxıb
Krım yarımadası ilə Xerson vilayətini birləşdirən Çonqar körpüsü hücumdan sonra zədələnib və nəqliyyat üçün tam bağlanıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, körpü Ukrayna Silahlı Qüvvələrinin hücumuna məruz qalıb.
Rusiya tərəfindən təyin olunmuş Xerson vilayəti administrasiyasının rəhbəri Vladimir Saldo körpünün zədələndiyini təsdiqləyib.
Hadisə nəticəsində “Cankoy” keçid məntəqəsindən bütün nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb. Avtomobillər alternativ marşrutlarla — Armiyansk və Akimovka istiqamətinə yönləndirilir, nəqliyyat isə Novoalekseyevka ərazisində geri qaytarılır.
Hazırda bölgədə hərəkətin bərpası üçün işlər davam etdirilir.
15:20 13.06.2026
Oxunuş sayı: 60