Qagik Tsarukyan Nikol Paşinyana qarşı məhkəməyə müraciət edib
Ermənistanın “Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Tsarukyan Baş nazir Nikol Paşinyan-a qarşı məhkəmə iddiası qaldırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Müxalif mövqedə olan və ənənəvi olaraq Moskva yönümlü siyasi xəttə yaxın sayılan Tsarukyan, Paşinyanın onu “cinayətkar” və “agent” adlandırmasına görə bu iddianı irəli sürüb.
Xatırladaq ki, 28 may tarixində keçirilən brifinqdə Nikol Paşinyan Qagik Tsarukyanın fəaliyyətini kəskin tənqid edərək onu “Ermənistan xalqının talanında” ittiham etmişdi.
Bunun ardınca Tsarukyan məsələni hüquqi müstəviyə keçirməyə qərar verib və Paşinyandan təkzib tələb edir.
İddia çərçivəsində Tsarukyan aşağıdakı məbləğləri tələb edir:
- böhtana görə: 6 milyon dram (təxminən 15 400 dollar);
- təhqirə görə: 3 milyon dram (təxminən 7 700 dollar);
- dövlət rüsumu və hüquqi xərclər: 310 min dram (təxminən 800 dollar).
Beləliklə, mübahisə artıq siyasi polemika çərçivəsindən çıxaraq məhkəmə prosesinə çevrilib.
15:31 13.06.2026
Oxunuş sayı: 58