BƏƏ İrana 3 milyard dollar köçürülməsi ilə bağlı iddiaları təkzib edib
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Xarici İşlər Nazirliyi bəzi beynəlxalq media orqanlarında yayılan İrana 3 milyard dollar vəsaitin köçürüldüyünə dair xəbərləri qəti şəkildə təkzib edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazirliyin açıqlamasında bildirilib ki, bu iddialar tamamilə yalan və əsassızdır və reallığı əks etdirmir.
Qeyd olunub ki, BƏƏ vasitəsilə İrana məxsus dondurulmuş aktivlərin nə azad edilməsi, nə köçürülməsi, nə də bu proseslərə hər hansı dəstəyin göstərilməsi baş verib.
Xarici İşlər Nazirliyi media qurumlarını və informasiya platformalarını yalnız rəsmi mənbələrə istinad etməyə çağırıb və təsdiqlənməmiş məlumatların ictimai rəyi yanlış istiqamətləndirə biləcəyi barədə xəbərdarlıq edib.
16:30 13.06.2026
Oxunuş sayı: 57