ABŞ-dən qalmaqallı açıqlama: 120 ölkədə laboratoriya şəbəkəsi açıqlandı
ABŞ Milli Kəşfiyyat Direktoru Tulsi Gabbard ABŞ-nin 120-dən çox ölkədə, o cümlədən Ukraynada müxtəlif bioloji və digər laboratoriyaların maliyyələşdirilməsinə dair sənədlərin yayımlandığını bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, yayımlanan materiallarda ABŞ-ın müxtəlif ölkələrdə laboratoriya şəbəkələrinə dəstək verdiyi qeyd olunur.
Qeyd edək ki, 2022 və 2023-cü illərdə Rusiya Xarici Kəşfiyyat Xidməti və Müdafiə Nazirliyi bu istiqamətdə oxşar iddialar səsləndirmişdi. Həmin vaxt Bayden administrasiyası bu məlumatları təkzib etmişdi.
İddialara əsasən, yeni açıqlamalar Vaşinqtonun bu sahədə fəaliyyətinə dair müzakirələri yenidən gündəmə gətirib.
15:42 13.06.2026
Oxunuş sayı: 56