Tehran təcili hərəkətə keçdi: Tunellər dağıdılır, girişlər minalanır
İran zənginləşdirilmiş uran ehtiyatlarının saxlanıldığı obyektlərdə təhlükəsizlik tədbirlərini əhəmiyyətli dərəcədə artırıb.
Crosssmedia.az xəbər verir ki, CNN telekanalının mənbələrə istinadən yaydığı məlumata görə, Tehran son həftələr ərzində nüvə silahı istehsalı üçün yararlı hesab olunan uran ehtiyatlarının yerini gizlətmək məqsədilə fəal addımlar atır.
Məlumata əsasən, İran bəzi tunellərin girişlərini qəsdən dağıdır, həmçinin obyektlərə aparan keçidlərə partlayıcı maddələr yerləşdirir. Bildirilir ki, bu tədbirlər mümkün hərbi zərbələr və ya kəşfiyyat əməliyyatları zamanı uran ehtiyatlarının yerinin müəyyən edilməsini çətinləşdirmək məqsədi daşıyır.
CNN qeyd edir ki, Tehran nüvə proqramı ətrafında artan gərginlik fonunda strateji obyektlərin qorunmasına xüsusi diqqət ayırır.
14:15 13.06.2026
Oxunuş sayı: 88