Türkiyə Avropanın yenidən silahlanmasını milyardlıq biznesə çevirmək istəyir
Türkiyə son illərdə silah idxalçısından dünyanın ən böyük müdafiə ixracatçılarından birinə çevrilib.
Crossmedia.az xəbər verir ki, "Reuters"in məlumatına görə, 2021-ci ildən bəri Türkiyənin müdafiə sənayesi ixracı üç dəfədən çox artaraq illik təxminən 10 milyard dollara çatıb. Avropa və ABŞ-yə olan tədarüklər isə demək olar dörd dəfə artaraq 5,6 milyard dollar təşkil edib.
Ukraynada müharibənin davam etməsi və Avropanın ABŞ-dən gələn təhlükəsizlik zəmanətlərinə dair şübhələrinin artması fonunda NATO ölkələri Türkiyəni təkcə hərbi müttəfiq kimi deyil, həm də əsas silah tədarükçüsü kimi görməyə başlayıb.
Türkiyə şirkətləri artıq pilotsuz uçuş aparatları, döyüş sursatları və zirehli texnika satışı ilə yanaşı, döyüş aviasiyası bazarına da daxil olurlar.
Ankaranın məqsədi yaxın iki il ərzində silah ixracını iki dəfə artırmaqdır. Bunun üçün Türkiyə Avropada artan hərbi xərclərdən və NATO-nun gələcək sammitlərindən öz müdafiə sənayesini daha geniş şəkildə tanıtmaq üçün istifadə etməyi planlaşdırır.
Beləliklə, Avropa mümkün təhlükələrə hazırlaşarkən, Türkiyə bu prosesdən iqtisadi qazanc əldə etməyə yönəlir.
16:43 13.06.2026
Oxunuş sayı: 59