Dnepropetrovsk vilayətində bazara endirilən zərbənin qurbanlarının sayı artıb
Ukraynanın Dnepropetrovsk vilayətinin Vasılkivka qəsəbəsində bazara endirilən aviasiya zərbəsi nəticəsində ölən və yaralananların sayı artıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, hadisə nəticəsində 1 nəfər həlak olub, 13 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Zərbədən sonra hadisə yerində yanğın baş verib. Hücum nəticəsində ticarət infrastrukturuna ciddi ziyan dəyib. Belə ki, 8 mağaza və 10 ticarət pavilyonu zədələnib.
Bundan əlavə, bazarın yaxınlığında yerləşən çoxmənzilli yaşayış binasına da zərər dəyib.
Hazırda hadisə yerində fövqəladə xidmət əməkdaşları işləyir, dağıntıların nəticələrinin aradan qaldırılması və zərərin qiymətləndirilməsi istiqamətində işlər davam etdirilir.
15:09 13.06.2026
Oxunuş sayı: 55