KİV: Ermənistanda seçki pozuntuları araşdırılır
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Qaqik Tsarukyanın "Çiçəklənən Ermənistan" partiyasının tərəfdarlarının həbs olunduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Məlumata görə, onlar səslərin satın alınmasında şübhəli bilinirlər.
Müstəntiqlərin sözlərinə görə, Axtala və ətraf ərazilərin sakinlərinə partiyaya səs vermək və yeni tərəfdarlar cəlb etmək üçün pul verilib.
İstintaq çərçivəsində komitə prokurorluğun işini dəstəkləyən səs yazılarını yayımlayıb və cinayət işi açıb.
17:40 13.06.2026
Oxunuş sayı: 85