Azərbaycan neftindən ŞAD XƏBƏR
İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,25 ABŞ dolları və ya 1,8 faiz artaraq bir barel üçün 70,54 ABŞ dolları təşkil edib.
Bu barədə Crossmedia.az-a neft bazarındakı mənbə məlumat verib.
Bildirilib ki, Türkiyənin Ceyhan limanında “Azeri Light” markalı neftin FOB bazasında bir barelinin qiyməti 1,09 dollar və ya 1,63 faiz bahalaşaraq 68,08 dollar olub.
URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,2 dollar və ya 3,41 faiz artaraq bir barel üçün 36,34 dollara çatıb.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 1,45 dollar və ya 2,19 faiz azalaraq bir barel üçün 67,76 dollara çatıb.
Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
10:49 17.01.2026
Oxunuş sayı: 1307