34 illik əməkdaşlıq bizi bir-birimizə daha da yaxınlaşdırdı – Açıqlama
Azərbaycan və Türkiyə arasında diplomatik münasibətlər 34 ildir ki, davam edir və hər zaman qarşılıqlı dəstəyə əsaslanıb. Hər iki ölkə bir-birini hər sahədə dəstəkləyən qardaş dövlətlər kimi tanınır. Bu uzunmüddətli əməkdaşlıq siyasi, hərbi, iqtisadi və mədəni sahələrdə iki ölkənin möhkəm əlaqələr qurmasına imkan yaradıb.
Mövzu ətrafında Crossmedia.az-a açıqlama verən Türk dünyası üzrə mütəxəssis İlqar İlkin xatırladıb ki, Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 34-cü ili artıq tamam olacaq:

" Türkiyə bizi diplomatik səviyyədə tanıyan ilk ölkələrdən biridir. Yaranan gündən diplomatik münasibətlərimoz yüksək səviyyədə keçib. Ulu Öndərimiz Heydər Əliyevin prezidentlik dövründə artıq bir millət, ikk dövlət səviyyəsində böyük inkişafa nail olundu. İlk illərdən başlıyaraq bütün sahələrdə əməkdaşlıq məsələləri ön planda oldu. Bunların içərisində, hərbi əməkdaşlıq məsələləri, enerji lahiyələrində olan birgə iştirakçılıq və diplomatik münasibətlər ən qabarıq şəkildə bizə lazım olan əməkdaşlıq sahələrdir ki, bu bizim torpaqlarımızın işğal altında qaldığı zamanlarda çox vacib əməkdaşlıq edəcəyimiz məsələ idi".
Mütəxəssisin sözlərinə görə, diplomatik əlaqələr artıq o səviyyəyə gəlmişdir ki, Türk olmayan yerdə Azərbaycan Prezidenti " burada Türkiyə yoxdursa , mən varam" demək səviyyəsinə qədər çatmışdı:
"Eyni zamanda bu gün bizim torpaqlarımızın işğaldan azad olmasında ən mühüm amil Türkiyə təhsili görmüş və Türkiyədə hazırlanmış hərbi modeldən istifadəmiz əsas məsələlərdən biridir. O cümlədən, Energetika lahiyəsində Azərbaycan-Tbilii-Ceyhan və s dəmir yolları kimi böyük lahiyələrin hər birində Türkiyə ilə bizi birləşdirən bir xətt var. Bu xətt hər zaman inkişaf etdirilir və vahid mövqedən çıxarılır. Artıa bütün sahələrdə anlaşılmadığımız nöqtələr demək olar ki, yoxdur. Amma arzuladığımız sahələr var ki, o sahələrin inkişafına birgə fəaliyyətinə daha çox diqqət edilməlidir. Bu sahələrin biri də, mədəniyyət sahəsidir. Əməkdaşlıqlarımız olsa da, bizim üçün çox da yetərli deyil. Türkiyə ilə mətbuat sahəsində də həmçinin əməkdaşlığımız olsa da xeyli güclənməlidir".
Fatimə Məmmədova
19:55 14.01.2026
Oxunuş sayı: 4549