Azərbaycan Kubokunda 1/4 final mərhələsinin oyunları açıqlanıb
Basketbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinə yekun vurulub.
Crossmedia.az xəbər verir ki, raundun son iki qarşılaşmalardan biri Şəkidə, digəri Bakıda baş tutub.
"Şəki" "Sərhədçi"ni 92:75, "Sumqayıt" isə NTD-ni 116:94 hesabı ilə üstələyərək növbəti mərhələyə yüksəliblər.
1/4 final mərhələsində bu komandalar üz-üzə gələcəklər.
"Abşeron Lions" – "Şəki"
"Neftçi" – "Gəncə"
"Quba" – "Sabah"
"Ordu" – "Sumqayıt"
Qeyd edək ki, bu mərhələnin oyunları fevralın 18-22-si aralığında gerçəkləşəcək.
21:49 14.01.2026
Oxunuş sayı: 1042