Qaradağ rayonunun bəzi ərazilərində qaz olmayacaq
Sabah Qaradağ rayonunun bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.
Crossmedia.az xəbər verir ki, bu barədəAzərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
"Qaradağ rayonu, Qobustan qəsəbəsində qaz xətlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar 14 yanvar saat 10:00-dan etibarən P.Abbasov küçəsinin qaz təchizatı dayandırılacaq", - məlumatda qeyd olunub.
20:50 13.01.2026
Oxunuş sayı: 1033