Yasamal rayonunun bir hissəsində qaz olmayacaq
Sabah Bakının Yasamal rayonunun bir hissəsində qaz olmayacaq.
Bu barədə Crossmedia.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.
Belə ki, təmir-bərpa işləri ilə əlaqədar Yasamal rayonunun M.Şərifzadə, A.Abbasov, X.Mustafayev, H.Zərdabi, X.Dadaşov, V.Əliyev, Z.Kərimov, N.Hikmət və 7-ci ,8-ci, 9-cu Sallaqxana küçələrinin qaz təchizatında yanvarın 9-da saat 10:00-dan etibarən müvəqqəti fasilə yaranacaq.
23:38 08.01.2026
Oxunuş sayı: 1681