Sumqayıtın bu əraziləri qazsız qalacaq
Sumqayıt şəhərinin bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumat "Azəriqaz" İB-dən verilib. şəhərin Qurd dərəsi adlanan ərazisinin bir hissəsində ŞQTM-in dəyişdirilməsi ilə əlaqədar qaz təchizatı müvəqqəti dayandırılacaq.
Aparılacaq işlərlə əlaqədar bu gün saat 11:30-dan etibarən ərazidəki 800 abonentin qazı kəsiləcək.
İşlər yekunlaşdıqdan sonra qazın verilişi bərpa ediləcək.
10:55 08.01.2026
Oxunuş sayı: 1450