Neftin qiyməti azalır
"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin fevral müqaviləsinin dəyəri 1.32% azalaraq 1 barelə görə 59.90 ABŞ dolları təşkil edib.
Crossmedia.az-ın məlumatına görə, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin mart ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 1.72% azalaraq 56.15 ABŞ dollarına bərabər olub.
10:25 07.01.2026
Oxunuş sayı: 1821