Amerikalı jurnalistə Ermənistan–İran sərhədində xəbərdarlıq edilib
Amerikalı jurnalist Simon Ostrovski Ermənistan–İran sərhədi yaxınlığında reportaj hazırlayarkən Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) sərhədçiləri tərəfindən rəsmi xəbərdarlıq alıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
PBS News-un müxbiri olan Ostrovski prodüseri ilə birlikdə Ermənistanın Meğri şəhərində saxlanılıb. Rusiya hərbçiləri sərhədyanı zonada foto və videoçəkilişlərin qadağan olunduğunu bildirərək jurnalistləri xəbərdarlıqla buraxıblar.
Məlumata görə, Ostrovski sözügedən bölgədə — ABŞ prezidenti Donald Trampın dəstəklədiyi və “Tramp Marşrutu” (TRIPP) kimi tanınan layihənin ehtimal olunan marşrutu üzrə reportaj hazırlayırmış. Jurnalist reportajında bu ərazini İranla Ermənistan arasında strateji əhəmiyyətə malik həssas zona kimi xarakterizə edib.
O, bölgədə sülhün olduqca kövrək olduğunu vurğulayaraq, onun qorunmasının Azərbaycana Ermənistan ərazisi boyunca — İran sərhədi xətti ilə Naxçıvanla bağlantı yaradacaq dəhlizə çıxış verilməsindən asılı olduğunu qeyd edib.
Günel Verdiyeva
11:48 02.01.2026
Oxunuş sayı: 1608