İranda etirazçılar Həmədanda təhlükəsizlik əməkdaşını döyüblər
İranın Həmədan şəhərində etiraz aksiyaları zamanı nümayişçilərdən bir qrup təhlükəsizlik xidmətinin əməkdaşını döyüb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, əlavə təhlükəsizlik qüvvələrinin bölgələrə cəlb olunmasından sonra ölkənin əksər şəhərlərində etirazlar başa çatıb, insanların böyük hissəsi evlərinə qayıdıb. Hüquq-mühafizə orqanları və İnqilab Keşikçiləri Korpusu (SEPAH) ölkə üzrə bütün şəhərlərə nəzarəti ələ alıb. Hadisələr nəticəsində çoxlu sayda yaralı və saxlanılanların olduğu bildirilir.
Xüsusi təyinatlı qüvvələrin bölmə komandiri polkovnik Ebrahimi bildirib ki, iğtişaşların baş verdiyi bütün şəhərlər təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə götürülüb:
“Qiyamçıların xaos yaratdığı bütün şəhərlər əməkdaşlarımız tərəfindən təmizləndi və əhalinin təhlükəsizliyi bərpa olundu. Sionist rejimin yaratmaq istədiyi iğtişaşların qarşısı uğurla alındı”.
Günel Verdiyeva
09:33 02.01.2026
Oxunuş sayı: 7838