Ukrayna hərbiçiləri müharibənin gələn il də davam edəcəyini düşünürlər
Ukrayna dördüncü hərbi Yeni ilini qeyd edib, lakin cəbhədəki əsgərlər 2027-ci ili zirzəmilərdə qarşılayacaqlarına inanırlar.
Crossmedia.az "The New York Times"-a istinadən xəbər verir ki, əksər ukraynalılar prezidentin Yeni il müraciətini evdə izləyərkən, cəbhədə dron operatorları rus işğalçılarını izləyir, zabitlər isə bu əməliyyatları əlaqələndirirdi.
Da Vinçi Qurdlar Batalyonunun komandiri Sergey Filimonov bildirib ki, 2025-ci il Müdafiə Qüvvələri üçün çətin olub, amma Rusiyanın qələbə əlaməti hələ görünmür. Cəbhədə dronların rolu artıb və ruslar böyük zirehli hücumlardan daha çox kiçik piyada qrupları ilə infiltrasiya taktikalarına əl atır.
Əsgərlər üçün 2027-ci ilin əsas məqsədi isə sadəcə sağ qalmaqdır.
Mayor Sergey Filimonov bildirib: “Ümid edirəm ki, oğlum böyüməmişdən əvvəl müharibə bitər ki, döyüşə getməsin”.
Səriyyə Tağıyeva
23:45 01.01.2026
Oxunuş sayı: 2955