Ukrayna iki Patriot sistemi alıb
Ukrayna daha iki Patriot hava hücumundan müdafiə (PVO) sistemi alıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, barədə Ukrayna Müdafiə Nazirliyinin Telegram kanalı məlumat verib.
Nazirlik qeyd edib ki, bu komplekslər Ukraynanın şəhərlərini və kritik infrastrukturu qorumaq üçün istifadə olunacaq.
Ukrayna müdafiə naziri bildirib ki, PVO sistemlərinin əldə olunması Almaniya hökuməti ilə razılaşmalar sayəsində mümkün olub.
Səriyyə Tağıyeva
22:45 01.01.2026
Oxunuş sayı: 3065