Trampın səhhətində problemlər müşayiət olunur
79 yaşlı ABŞ Prezidenti Donald Tramp həm ictimai çıxışlarında, həm də şəxsi həyatında yaşlanma əlamətləri nümayiş etdirir.
Crossmedia.az bu barədə “The Wall Street Journal”-a istinadən xəbər verir.
Nəşrin məlumatına görə, köməkçiləri və dostları onunla yüksək səslə danışmaq məcburiyyətində qalırlar. Çünki Trampın eşitməsində çətinliklər yaranıb.
Qəzet qeyd edir ki, Tramp qolfdan başqa demək olar ki, fiziki məşqlərlə məşğul olmur. O, əsasən duzlu və yağlı qidalarla — hamburger, kartof fri kimi yeməklərlə qidalanır vəhəkimlərin tövsiyələrini nəzərə almır. Tramp sağlamlığını yaxşı genetika ilə izah edir.
Bununla belə, ABŞ prezidenti öz səhhətindən əmin olduğunu bildirir və bu mövzuda tənqidlərə mənfi reaksiya verir.
WSJ-nin yazdığına görə, Tramp təxminən 25 ildir yüksək dozada aspirin qəbul etdiyini etiraf edib. Bu səbəbdən onun bədənində asanlıqla göyərmələr yaranır. Həkimlər dozaların azaldılmasını tövsiyə etsələr də, Tramp “xurafat” səbəbindən bundan imtina edib.
Tramp müsahibəsində deyib:
“Bir az xurafatçıyam. Deyirlər, aspirin qanı duruldur, mən isə istəmirəm ki, ürəyimdən qatı qan axsın. Mən istəyirəm ki, gözəl, duru qan axsın. Bu məntiqlidirmi?”
22:05 01.01.2026
Oxunuş sayı: 2738