Pezeşkian: İran İsrailin mümkün təcavüzünə indi daha hazırlıqlıdır
İran Prezidenti Məsud Pezeşkian İsraillə münasibətlər və son gərginliklə bağlı açıqlama verib. O bildirib ki, 12 günlük müharibədən sonra Tehran İsrailin bir daha belə bir addım atmayacağına ümid edir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Prezidentin sözlərinə görə, İran İsraillə müharibə axtarışında deyil, lakin öz təhlükəsizliyini təmin etməkdə qərarlıdır: “Biz İsraillə müharibə istəmirik, amma özümüzü qoruyacağıq”.
Pezeşkian vurğulayıb ki, İran 12 günlük müharibə zamanı buraxılan səhvlərdən nəticə çıxarıb və zəif tərəfləri üzərində ciddi şəkildə işləyib. Onun sözlərinə görə, hazırda ölkə İsrail tərəfindən mümkün təcavüz ssenarilərinə əvvəlkindən daha hazırlıqlıdır.
İran prezidenti qeyd edib ki, bu hazırlıq müdafiə qabiliyyətinin gücləndirilməsinə və gələcəkdə oxşar böhranların qarşısının alınmasına yönəlib.
20:04 01.01.2026
Oxunuş sayı: 3411