Zelenski: Sülh sazişi 90% hazırdır
Ukrayna Prezidenti Volodimir Zelenski Yeni il müraciətində ölkə ilə bağlı sülh sazişinin böyük hissəsinin hazır olduğunu bəyan edib. Onun sözlərinə görə, sənəd hazırda 90% tamamlanıb, ABŞ prezidenti Donald Trampla görüşdən sonra isə bu göstəricini 95% olaraq qiymətləndirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski sülh razılaşmasının qüvvəyə minməsi üçün mütləq referendumun keçirilməli olduğunu bildirib. Prezident vurğulayıb ki, "bu sülhü ukraynalılar özləri təsdiqləməlidir".
O, eyni zamanda Rusiyanın mümkün yeni hücumu halında ictimai reaksiyanın sərt olacağını qeyd edərək ukraynalıların Avropa və ABŞ liderlərinə qarşı etiraz aksiyalarına əl ata biləcəyini deyib.
Zelenski müraciətində Donbasdan qoşunların çıxarılması ilə bağlı tələbləri də qəti şəkildə rədd edib. Onun sözlərinə görə, bu cür çağırışlar münaqişənin həlli deyil, əksinə, aldadıcı yanaşmadır.
Nigar Yahyazadə
19:28 01.01.2026
Oxunuş sayı: 3734