İsrailin İrana qarşı yeni hərbi əməliyyatları mümkündür – Benni Gantz
İsrailin Milli Birlik Partiyasının lideri Benni Gantz İranla bağlı açıqlama verib. O bildirib ki, mövcud vəziyyətdə İsrailin İrana qarşı yeni hərbi əməliyyatlar həyata keçirməsi istisna edilmir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Gantzın sözlərinə görə, İsrail öz təhlükəsizliyini təmin etmək üçün bütün mümkün variantları nəzərdən keçirir və regional təhdidlərə qarşı lazımi addımlar atmağa hazırdır.
Günel Verdiyeva
19:15 01.01.2026
Oxunuş sayı: 3198