Vanda qar uçqunu: Evlər təxliyə olundu
Vanda qar uçqunu nəticəsində bir qadın qarın altında qalıb. O, xilas edilərək yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.
Hadisə ilə bağlı AFAD, polis, jandarma, yanğınsöndürən və tibbi yardım qrupları dərhal hadisə yerinə göndərilib.
Crossmedia.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Belə ki, uçqun riski səbəbilə bəzi evlər müvəqqəti olaraq boşaldılıb və sakinlər təhlükəsiz yerlərə yerləşdirilib.
Bildirilib ki, hazırda qarın altında heç kim yoxdur və bütün risklər nəzərə alınaraq sahədə tədbirlər davam etdirilir.
Fatimə Məmmədova
15:42 01.01.2026
Oxunuş sayı: 2907