Amsterdamın mərkəzində 150 illik Vondelkerk kilsəsi yanaraq məhv olub
Amsterdamın mərkəzində yerləşən və təxminən 150 illik tarixə malik olan Vondelkerk kilsəsində güclü yanğın baş verib.Yanğın gecə saat 01:00 radələrində başlayıb və qısa müddət ərzində bütün məbədi bürüyüb.
Crossmedia.az xəbər verir ki,hadisə yerinə çoxsaylı yanğınsöndürmə briqadaları cəlb edilsə də, alovun sürətlə yayılması səbəbindən tarixi binəni xilas etmək mümkün olmayıb. Yanğın nəticəsində kilsə demək olar ki, tamamilə yanaraq məhv olub.
Məlumata görə, hazırda binanın uçma təhlükəsi var və ərazi təhlükəsizlik məqsədilə mühasirəyə alınıb. Sakinlərdən və ətrafda olan şəxslərdən hadisə yerinə yaxınlaşmamaları xahiş olunub.
Yanğının başvermə səbəbləri hələlik müəyyən edilməyib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb. İlkin məlumatlara əsasən, yanğın zamanı xəsarət alanlar barədə məlumat yoxdur.
Qeyd edək ki, Vondelkerk kilsəsi Amsterdamın tanınmış tarixi və memarlıq abidələrindən biri hesab olunurdu və şəhərin mədəni irsində xüsusi yer tuturdu.
Nastya Qəniyeva
14:41 01.01.2026
Oxunuş sayı: 3264