Təbii qazın qiyməti 3% artıb
Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.
Crossmedia.az xəbər verir ki, 2026-cı ilin yanvar ayında çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 2,99% artaraq 4,369 ABŞ dolları təşkil edib.
09:07 26.12.2025
Oxunuş sayı: 1034