Sumqayıt şəhərində 700 abonentin qaz verilişi dayandırılır
Sumqayıt şəhərində 700 abonentin qaz təchizatında fasilə olacaq.
Crossmedia.az xəbər verir ki, "Azəriqaz" İB Sumqayıt QİS-dən verilən məlumata görə, Sumqayıt şəhəri, 76-cı məhəllə, kanal qırağı ərazisində ŞQTM-nin quraşdırılması ilə əlaqədar bu gün saat 11:30-dan etibarən qaz təchizatı müvəqqəti dayandırılacaq.
Qazın verilişi işlər başa çatdıqdan sonra bərpa ediləcək.
11:03 17.12.2025
Oxunuş sayı: 995