CROSSMEDIA - SOCAR prezidenti “DeGolyer and MacNaughton” şirkətinin sədri ilə yataqların işlənmə planının optimallaşdırılmasını müzakirə edib
Neft-qaz

SOCAR prezidenti “DeGolyer and MacNaughton” şirkətinin sədri ilə yataqların işlənmə planının optimallaşdırılmasını müzakirə edib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “DeGolyer and MacNaughton” şirkətinin sədri və baş icraçı direktoru Con Vallas ilə görüşüb.

Görüşdə SOCAR ilə “DeGolyer and MacNaughton” şirkəti arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub.

Tərəflər yataqların işlənmə planının optimallaşdırılması, ehtiyatların dəqiqləşdirilməsi, inteqrasiya olunmuş modellərin hazırlanması, geotermal enerji, karbonun tutulması və saxlanılması (CCUS) istiqamətləri üzrə görülən işləri nəzərdən keçirib və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

07:19 26.11.2024

Oxunuş sayı: 5630

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR