Bu qəsəbədə 650 abonentin qazı kəsiləcək
Sabah Corat qəsəbəsində 650 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Crossmedia.az bu barədə "Azəriqaz" İB Sumqayıt QİS-yə istinadən xəbər veirr.
Sumqayıt şəhəri, Corat qəsəbəsində yeni çəkilmiş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar dekabrın 10-da 650 abonentin qaz təchizatında fasilə olacaq.
Qazın verilişi işlər tamamlandıqdan sonra bərpa ediləcək.
15:11 09.12.2025
Oxunuş sayı: 995