"SOCAR Hackathon 2025" tədbirinin rəsmi tərəfdaşı məlum oldu
"Microsoft" "SOCAR Hackathon 2025" tədbirinə rəsmi tərəfdaş kimi qoşulur.
Crossmedia.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Bildirilib ki, dünyanın aparıcı texnologiya şirkətlərindən biri olan "Microsoft"un "SOCAR Hackathon 2025"də iştirakı tədbirin ümumi təcrübəsinin yüksəldilməsində mühüm rol oynayacaq.
Münsiflər heyətində təmsil olunacaq "Microsoft" tədbir çərçivəsində layihələrin qiymətləndirilməsi prosesində qlobal təcrübələrə uyğun olaraq, ədalətli, dərin təhlilə əsaslanan və innovasiyaya yönəlmiş qiymətləndirmənin təmin edilməsinə töhfə verəcək.
Bununla yanaşı, "Microsoft" "Hackathon" üçün rəqəmsal mühitin inkişafını dəstəkləyəcək, iştirakçılara öz həllərini yaratmaq və təqdim etmək üçün daha təkmilləşdirilmiş alətlər, resurslar və texniki imkanlar təqdim edəcək.
"Microsoft" şirkətinin tədbirə qatılması SOCAR-ın innovasiyaların təşviqi, gənc istedadların inkişafı və yenilikçi ideyaların güclənə biləcəyi ekosistem qurmaq öhdəliyimizi daha da möhkəmləndirir.
11:41 08.12.2025
Oxunuş sayı: 1246