Hövsanda qaz təchizatı dayandırılacaq
Hövsan qəsəsbəsində qaz xətlərinin yerinin dəyişdirilməsi məqsədilə noyabrın 4-ü saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə "Azəriqaz"İB məlumat yayıb.
Bildirilib ki, təmir işləri aparılan müddətdə Hövsan qəsəbəsi, O.Şabanov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
17:00 03.12.2025
Oxunuş sayı: 631