Azərbaycanda tibb təhsili dövlət siyasətinin prioritetidir
"Azərbaycanda tibb təhsilinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir".
Crossmedia.az xəbər verir ki, bunu “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Tibb bacısı və Mamalıq sahələri üzrə I Beynəlxalq elmi-praktik konfrans”ın açılışında çıxış edən səhiyyə naziri Teymur Musayev deyib.
Nazir qeyd edib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın humanitar təşəbbüsləri, habelə rəqəmsallaşma və maddi-texniki bazanın gücləndirilməsi sahənin inkişafına mühüm töhfə verir.
11:30 27.11.2025
Oxunuş sayı: 1023