Rusiyada 12 yaşlı qız məktəbə qəbul edilmədi
Rusiyada Qazaxıstandan köçmüş rus repatriant ailəsinin 12 yaşlı qızı məktəbə qəbul olunmayıb.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Ailənin bildirdiyinə görə, məktəb rəhbərliyi buna səbəb kimi onun rus dili imtahanından keçməməsini göstərib.
Qız yayımladığı video-müraciətdə artıq ikinci rübü dərsə gedə bilmədiyini və təhsildən geri qaldığını deyib. Valideynlər hazırda məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etməyi planlaşdırırlar.
10:53 27.11.2025
Oxunuş sayı: 1024