Mərdəkan qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 35/6 kV-luq "Şağan-1" yarımstansiyasında 148 saylı Komplekt Transformator Məntəqəsindən (KTM) çıxan 6 kV-luq hava xəttində təmir işi aparılacaq. Bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bununla əlaqədar olaraq bu gün saat 10:00-dan 16:00-dək Mərdəkan qəsəbəsi 28 may və Cəfər Rəmzi küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Qeyd olunub ki, təmir işləri başa çatdıqdan sonra sözügedən küçələr daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
08:39 18.11.2025
Oxunuş sayı: 1340