Ermənistan Təhlükəsizlik Xidmətinin əməkdaşları hərbi hissəyə basqın etdilər
 
                                            Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları gecə saatlarında Eçmiədzin şəhərində yerləşən hərbi hissələrdən birinə qəfil basqın ediblər.
Crossmedia.az-ın “Graparak” nəşrinə istinadən verdiyi xəbərə görə, əməliyyat zamanı bir neçə nəfər, o cümlədən yüksək rütbəli hərbçilər saxlanılıb. Bildirilir ki, Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları hazırda da həmin hərbi hissədə əməliyyat-axtarış tədbirlərini davam etdirirlər.
Axtarışların keçirilmə səbəbi barədə isə hələlik rəsmi məlumat açıqlanmayıb.
15:33 31.10.2025
Oxunuş sayı: 1212
 
                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                     
                     
                     
                     
                     
        